Qəbələ rayonunda “20 Yanvar – Ümumxalq Hüzn Günü” münasibətilə şəhidlər xiyabanı ziyarət edilmişdir
20 yanvar 2024 | 13:28
20 yanvar 2024-cü il tarixində “20 Yanvar – Ümumxalq Hüzn Günü” ilə əlaqədar rayon icra hakimiyyətinin hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların əməkdaşları, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, qazilər və rayon ictimaiyyətinin nümayəndələri Qəbələ Rayon Şəhidlər Xiyabanı kompleksini ziyarət edərək, şəhidlərin xatirəsini böyük ehtiramla yad etmiş, məzarların üzərinə və xatirə lövhələrinin qarşısına gül dəstələri düzmüş, şəhidlərin ruhuna dualar oxunmuşdur. “20 Yanvar – Ümumxalq Hüzn Günü” ilə bağlı saat 12:00-da Qəbələ rayonu ərazisində şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.