Qəbələ rayonunda "44 günün tarixini yazan qəhrəmanlar" adlı tədbir həyata keçirilib.
27 sentyabr – Anım günü ərəfəsində Qəbələ Rayon Tarix Diyarşünaslıq Muzeyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “44 günün tarixini yazan qəhrəmanlar" adlı tədbir keçirilib. Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon təhsil sektorunun, Dövlət Rəsm Qalereyasının nümayəndələrinin, Asan Xidmət Könüllülərinin, İkinci Qarabağ Müharibəsi şəhidi Əfqan Abdurahmanovun həyat yoldaşının, müəllim və şagirdlərin iştirak etdiyi tədbirdə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Kəmalə Qasımova Vətən müharibəsində mərd oğulların hünər və rəşadəti ilə qazandığı Zəfərdən bəhs edərək, bütün dünyanın Azərbaycanın şanlı qələbəsinin şahidi olduğunu bildirmişdir. Sonda Heydər Əliyev Mərkəzində sərgiyə baxış keçirilmişdir.