Qəbələ rayonunda "8 noyabr - Zəfər Günü birliyimizin və milli iradəmizin rəmzi kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi həkk olunub" adlı tədbir keçirilib
04 noyabr 2023-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “8 noyabr – Zəfər Günü birliyimizin və milli iradəmizin rəmzi kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi həkk olunub” adlı tədbir keçirilib. İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhadətə ucalmış şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Azərbaycan Respublikası Prezidenti, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Qələbədən, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından söz açmışlar. Sonda Qəbələ şəhər 4 saylı tam orta məktəbin şagirdləri tərəfindən şeir kompozisiyası səsləndirilmiş və “Zəfər günü”nə həsr olunmuş sənədli film nümayiş olunmuşdur.