Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda 8 Noyabr “Zəfər Günü”nə həsr olunmuş “Tarixi Zəfərimiz” adlı intellektual yarış keçirilib

02 noyabr 2023 | 17:35

02 noyabr 2023-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin və Qəbələ Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin IX, X və XI sinif şagirdləri arasında 8 Noyabr “Zəfər Günü”nə həsr olunmuş “Tarixi Zəfərimiz” adlı intellektual yarış keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhadətə ucalmış şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 8 komanda arasında keçirilən yarışda 44 günlük Vətən müharibəsi, Milli Qəhrəmanlarımız və Qarabağın tarixinə dair suallar cavablandırılıb. Yarışın nəticələrinə görə Həmzəli kənd tam orta məktəbin “Şanlı tarix” komandası I yer, Qəbələ şəhər 4 saylı tam orta məktəbin “Spartalılar” komandası II yer, Qəbələ şəhər 5 saylı tam orta məktəbin “Dəmir Yumruq” komandası III yer tutub. Sonda qaliblərə Qəbələ Rayon Təhsil Sektorunun kubok və Fəxri Fərmanı təqdim edilib.

Keçidlər