Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda "Ağ ölümlə mübarizə” layihəsi çərçivəsində tədbir keçirilib

08 avqust 2024 | 15:40

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ Rayon İcra Hakimiyyətinin  və “Narkotizmlə Mübarizə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Ağ ölümlə mübarizə” layihəsi çərçivəsində tədbir keçirilmişdir. "Göz yaşı” adlı sosial çarxın nümayişi ilə başlayan tədbiri giriş sözü ilə açan “Narkorizmlə Mübarizə” İctimai Birliyinin direktoru Kənan Qubadzadə narkomaniyanın insan sağlamlığına vurduğu zərərlərdən, onun törətdiyi fəsadlardan bəhs edərək, dövlətimizin bu istiqamətdə mühüm fəaliyyətini, hüquqi bazanın yaradılmasını, əldə olunan nəticələr və narkomaniyaya qarşı mübarizənin ümumdövlət vəzifəsi olduğunu bildirmişdir.  Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının müavini Ətayə Osmanova ölkəmizdə narkomaniyaya qarşı həyata keçirilən genişmiqyaslı maarifləndirmə tədbirlərinin mütəmadi xarakter daşıdığını vurğulayaraq, Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdən biri olduğunu, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. Digər çıxış edənlər psixotrop maddələrin xüsusiyyətləri, onların sağlamlığa zərərli təsiri və narkotik asılılığın formalaşma mərhələləri barədə iştirakçılara ətraflı məlumat vermiş, gənclərə həyat üçün zərərli olan bu vərdişlərdən uzaq durmağı tövsiyyə etmişlər. Sonda “Narkorizmlə Mübarizə” İctimai Birliyi tərəfindən Qəbələ Rayon İcra Hakimiyyətinə və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə rayonda keçirilən gənclər arasında narkomaniyaya qarşı mübarizə tədbirlərinə və aparılan maarifləndirmə işinə dəstəyə görə təşəkkürnamə təqdim edilmişdir.

Keçidlər