Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Qəbələ rayonunda Ağsaqqallar Şurasının növbəti hesabat konfransı keçirilib

12 avqust 2026 | 12:50

12 avqust 2026-cı il tarixində Qəbələ Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirmişlər. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev ağsaqqalların ölkəmizin ictimai-siyasi həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışmış, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırmışdır. Respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətimizin bugünkü inkişafında ağsaqqal və ziyalılarımızın rolundan söz açmış, Qəbələ Rayon Ağsaqqallar Şurasının bir illik fəaliyyətinin qənaətbəxş qiymətləndirildiyini qeyd etmişdir. Tədbirdə illik hesabat məruzəsi ilə çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri Mehman İsmayılov ötən dövr ərzində qurum tərəfindən həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə ətraflı məlumat vermiş, ağsaqqalların rayonun ictimai-siyasi və sosial-mədəni həyatındakı fəal rolunu vurğulamaqla yanaşı, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və qarşıda duran prioritet vəzifələrin icrası istiqamətində atılan addımları diqqətə çatdırmışdır. Çıxış edənlər ölkəmizdə aparılan abadlıq-quruculuq işlərindən, həyata keçirilən qlobal layihələrdən danışmış, ictimai işlərdə rayon ağsaqqallarının yaxından iştirak etdiklərini vurğulamış, gənclərin ağsaqqal və ağbirçəkləri örnək kimi qəbul etməsi və ölkəmizdə ağsaqqallarla gənclər arasında mövcud qarşılıqlı hörmət olduğunu qeyd etmişlər.

Keçidlər