Qəbələ rayonunda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən növbəti dəyirmi masa keçirilmişdir
23 noyabr 2023-cü il tarixdə Qəbələ Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən sənaye sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışında mövcud imkanlar, problemlər və perspektivlərə dair dəyirmi masa keçirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Şəki-Zaqatala Regional Bölməsinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, Aqrar Kredit və İnkişaf Agentliyinin, Sahibkarlığın İnkişafı Fondunun, Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələrinin və sahibkarların iştirak etdiyi tədbirdə sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışında mövcud imkanlar, problemlər və perspektivlər dair fikir mübadiləsi aparılmış, güzəştli kreditlər barəsində ətraflı məlumatlar verilmişdir.