Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Qəbələ rayonunda aztəminatlı ailələrin övladlarına məktəbli forması və dərs ləvazimatları paylanmışdır

14 sentyabr 2026 | 14:37

Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ Konserv zavodunun və Qəbələ rayonu təhsil sektorunun birgə təşkilatçılığı ilə yeni dərs ilinin başlanması münasibətilə sosial yönümlü tədbir keçirilib.Tədbirdə çıxış edənlər yeni dərs ilinin başlanması münasibətilə tədris ocaqlarının pedoqoji kollektivlərini, şagirdləri və valideynləri təbrik edərək onlara uğurlar arzulamış və təməli Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsilə dövlət qayğısı ənənələrinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam və inkişaf etdirildiyini diqqətə çatdırmış, bugünkü tədbirin təşkilatçılarına təşəkkürünü bildirmişlər. Sonda şagirdlərə məktəbli forması və dərs ləvazimatları paylanmışdır.

Keçidlər