Qəbələ rayonunda birinci yarımildə 8,6 milyon manatlıq sənaye məhsulu ixrac olunub
16 iyul 2024 | 12:07
2024-cü ilin yanvar-iyun aylarında Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələri, həmçinin fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən faktiki qiymətlərlə 75 milyon 464,1 min manatlıq məhsul istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon 21 min manat və ya 13,6 faiz çoxdur. İstehsal edilən sənaye məhsulunun 11,1 faizi dövlət, 88,9 faizi qeyri-dövlət sektorunun payına düşür, 6 ayda rayonda 8 milyon 609,1 min manatlıq sənaye məhsulu ixrac olunub. İxrac ötən ilin eyni dövrü ilə müqayisədə 844,7 min manat artıb. Cari ilin yanvar-iyun aylarında rayonda istehsal edilən sənaye məhsulunun 83,3 faizi emal sektorunun payına düşüb.