Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Qəbələ rayonunda cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmin edilməsi ilə bağlı tədbir keçirilmişdir

18 sentyabr 2025 | 10:43

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyun tarixli 637 nömrəli Sərəncamının 8.5.1, 8.5.2 və 8.5.3-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Şəki-Zaqatala Regional Məşğulluq Filialının Qəbələ rayon xidmət şöbəsinin və rayon ərazisində fəaliyyət göstərən digər idarə, müəssisə və təşkilatların əməkdaşlarının iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxsin normal həyata qayıtması, ailəsinə və cəmiyyətə faydalı vətəndaş kimi inteqrasiya olunmasının ilk növbədə onun məşğulluq imkanlarından asılı olduğu, işlə təmin olunan şəxsin maddi ehtiyaclarını qanuni yollarla ödədiyi, sosial münasibətlərini bərpa etmək imkanının yarandığı və təkrar hüquqazidd davranışlara meyl etmə ehtimalının azalmasının mümkün olduğu tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır. Mövzu ətrafında fikir mübadiləsi aparılan zaman yerli məşğulluq mərkəzləri vasitəsilə boş iş yerləri barədə məlumatların verilməsi, peşəyönümü xidmətlərinin göstərilməsi, əmək yarmarkalarının təşkili və işəgötürənlərlə əlaqələrin qurulması istiqamətində işlərin aparılması tövsiyə edilmişdir. Həmçinin cəzaçəkmə müəssisəsindən azad edilmiş, işlə təmin edilmiş şəxslərin uğurlu iş təcrübəsinin sosial şəbəkə və internet platformalarında işıqlandırılmasının, bu sahədə işəgötürənlərin müsbət təcrübələri ilə bağlı məlumatların paylaşılmasının bu sahədə müsbət irəliləyişlərə səbəb olacağı barədə müzakirələr aparılmışdır.

Keçidlər