Qəbələ rayonunda Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən təlimlər davam edir
16 avqust 2023 | 15:33
16 avqust 2023-cü il tarixdə Qəbələ rayonunda Dövlət İmtahan Mərkəzi tərəfindən “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”na əsasən “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə” və “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzularında təlimlər keçirilmişdir. Təlimdə rayonda müxtəlif sahələrdə çalışan dövlət qulluqçuları iştirak etmişdir.