Qəbələ rayonunda Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən təlimlər yekunlaşmışdır
10 oktyabr 2024 | 14:01
10 oktyabr 2024-cü il tarixdə Qəbələ rayonunda Dövlət İmtahan Mərkəzi tərəfindən "Azərbaycan Respublikasının 2022 – 2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın 1-3-cü fəaliyyət istiqaməti çərçivəsində “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” mövzusunda yekun təlim keçirilmişdir. Təlimdə rayonda müxtəlif sahələrdə çalışan dövlət qulluqçuları iştirak etmişdir.