Qəbələ rayonunda Dövlət İmtahan Mərkəzi tərəfindən təlimlər keçirilir
03 iyun 2025 | 14:59
Qəbələ rayonunda Dövlət İmtahan Mərkəzi tərəfindən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişafı Strategiyası”nın 3.1.9-cu fəaliyyət istiqamətinin (dövlət qulluğunda və iqtisadi idarəetmədə effektliyin artırılması) 1-3-cü bəndinə əsasın “Dövlət qulluğunda inzibati vəzifələrin tutulması”, “Dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi: qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün psixoloji vasitələr” mövzusunda təlimlər keçirilir. Təlimlərdə rayonun müxtəlif sahələrində çalışan dövlət qulluqçuları iştirak edir.