Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ rayonunda dövlət qulluqçularının peşə bayramı qeyd olunub

23 iyun 2026 | 19:31

23 iyun 2026-ci il tarixdə dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətinin kollektivi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının  Ümumilli Lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək, Ulu Öndərə öz ehtiramlarını bildirmişlər.  Qəbələ Rayon icra Hakimiyyətinin akt zalında davam edən tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluqçularının rolundan, bu sahədə aparılan islahatlardan danışmış, dövlət qulluqçularının peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri addımların atıldığını qeyd edərək bütün dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etmişdir. Sonda bir qrup dövlət qulluqçusu dövlət qulluğunda səmərəli xidmətinə və rayonun ictimai həyatında fəallığına görə rayon icra hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Keçidlər