Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Qəbələ rayonunda fəaliyyət göstərən  ümumtəhsil müəssisələrində “Məzun günü” keçirilib.

13 iyun 2026 | 16:25

13 iyun 2026-cı il tarixində Qəbələ rayonunun ümumtəhsil məktəblərində “Məzun günü”nə həsr edilmiş tədbirlər keçirilmişdir. Bu il XI-ci sinfi bitirən 1184 nəfər məzun üçün məktəb həyatının son, müstəqil həyatın ilk zəngi çalınıb. Bayram tədbirlərində Qəbələ RİH başçısının müavini Ətayə Osmanova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, rayon təhsil sektorunun əməkdaşları, müəllimlər, valideynlər, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə əlilləri və veteranları iştirak etmişlər.  Tədbirlərdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsil sahəsində həyata keçirilən uğurlu siyasətdən söz açmış, məzunları və valideynləri “Məzun günü” münasibəti ilə təbrik edərək, onlara uğurlar arzulamışlar. Tədbirlərdə məktəb məzunları və şagirdlərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət kompozisiya nümayiş etdirilmiş, maraqlı səhnəciklər göstərilmişdir. Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman ilə təltif olunmuşlar. 

Keçidlər