Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qalibləri mükafatlandırılmışdır

29 dekabr 2023 | 18:28

29 dekabr 2023-cü il tarixdə Qəbələ Mədəniyyət Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində rayonda keçirilən  müxtəlif idman turnirlərində, festival və müsabiqələrin qaliblərinin, il çərçivəsində rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə, rayonun ictimai işlərində fəalliyyəti ilə fərqlənən əməkdaşların mükafatlandırılması ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə ilk olaraq Azərbaycanın Dövlət Himni səslənmiş, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev  Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və xalqımız qarşısında misilsiz xidmətləri olduğunu diqqətə çatdıraraq, onun əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını, Heydər Əliyev irsinin təbliğinin bundan sonra da davam etdiriləcəyini qeyd etmişdir. Sonda “Heydər Əliyev İli” çərçivəsində rayonda keçirilmiş mədəni-kütləvi tədbirlərdə, rayonun ictimai işlərində fəallığı ilə fərqlənən əməkdaşlara və yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin, bilik və idman yarışlarının qaliblərinə rayon icra hakimiyyətinin Fəxri Fərmanları təqdim edilmişdir.

Keçidlər