Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda Heydər Əliyev ili çərçivəsində “Uşaq hüquqlarını qoruyaq” adlı  tədbir  keçirilmişdir

01 noyabr 2023 | 15:53

01 noyabr 2023-cü il tarixdə Heydər Əliyev ili çərçivəsində Qəbələ Rayon İcra Hakimiyyətinin, Şəki Regional Miqrasiya İdarəsinin, YAP Qəbələ Rayon Təşkilatının, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqlarını qoruyaq” adlı  tədbir  keçirilmişdir. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhadətə ucalmış şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının müavini Ətayə Osmanova BMT-in Baş Assambleyası tərəfindən 20 noyabr 1989-cu ildə qəbul olunan "Uşaq hüquqları haqqında" Konvensiyanın Azərbaycanın Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən daim diqqət mərkəzində saxlanıldığını qeyd edərək, uşaqların təhsil, səhiyyə, sosial müdafiə, məhkəmə, hüquq mühafizə, idman, mədəniyyət, istirahət, media və digər sahələrdə, habelə ailədə və cəmiyyətdə uşaqlar və onlarla müntəzəm təmasda olan şəxslər arasında uşaq hüquqları sahəsində məlumatlılığın artırılmasının vacibliyini diqqətə çatdırmışdır.  Digər çıxış edənlər Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi, onların inkişafı, hərtərəfli qayğı ilə əhatə olunmasının dövlət uşaq siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu bildirmişlər. Sonda tədbirdə iştirak edən əcnəbi valideynlər dinlənilmiş, onlara hüquqi məsləhətlər verilmiş və “Uşaq hüquqlarını qoruyaq” adlı film nümayiş olunmuşdur.

 

Keçidlər