Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ rayonunda idman ictimaiyyəti ilə görüş təşkil keçirilib

05 mart 2026 | 16:16

“5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar “İdman həftəsi” çərçivəsində Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun idman ictimaiyyəti ilə görüş təşkil keçirilib. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsinə böyük hörmət və ehtiramlarını bildirmişlər. Qəbələ rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından bəhs edərək, rayonda idmanın inkişafı istiqamətində görülən işlərdən, son illər qazanılan uğurlardan və qarşıda duran məqsədlərdən danışıblar. Daha sonra 2025-ci ildə keçirilən idman tədbirlərindən ibarət videoçarx nümayiş olunub. Sonda rayonda idmanın inkişafında fəal iştirak edən məşqçi-müəllimlər və idmançılar Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Fəxri fərmanları ilə təltif ediliblər.

Keçidlər