Qəbələ rayonunda iftar süfrəsi təşkil edilmişdir
20 mart 2025 | 09:57
19 mart 2025-ci il tarixində “Qəbələ Garden” hoteldə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Ramazan ayı çərçivəsində iftar süfrəsi təşkil edilmişdir. Şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, bir qrup rayon ictimaiyyətinin nümayəndələri və rayon ağsaqqallarının iştirak etdiyi tədbirdə şəhidlərin ruhuna dualar oxunmuş, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbriklər səslənmişdir. Şəhid ailələrinin üzvləri və müharibə əlilləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.