Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ rayonunda kənd təsərrüfatının siyahıyaalınması davam edir

23 iyul 2025 | 16:30

“Azərbaycan Respublikasında 2025-ci ildə kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Nazirlər Kabinetinin 2023-cü il 4 oktyabr tarixli, 357 nömrəli Qərarına əsasən, ölkə üzrə genişmiqyaslı kənd təsərrüfatı siyahıyaalması keçirilir. Bu çərçivədə Qəbələ rayonu üzrə siyahıyaalma işlərinə 15 iyul 2025-ci il tarixindən etibarən start verilmişdir. Sayıcılar tərəfindən həyata keçirilən bu işlərdə əhali ilə birbaşa ünsiyyət qurularaq, onların kənd təsərrüfatı fəaliyyətləri, torpaq sahələri, heyvandarlıq, bitkiçilik və digər sahələrə dair məlumatlar toplanır. Yerli idarəetmə orqanları və Qəbələ Rayon Statistika İdarəsi tərəfindən prosesi operativ şəkildə icra etmək üçün zəruri tədbirlər görülür, əhali ilə maarifləndirici söhbətlər aparılır, məlumatların düzgün təqdim olunması üçün texniki və təşkilati dəstək göstərilir. Hal-hazırda rayon üzrə ev təsərrüfatlarının uçotu kitabının informasiya sisteminə daxil edilmiş 24141 kənd təsərrüfatına yararlı torpaq sahəsi və heyvanları olan təsərrüfatdan təqribən 25 faizində işlər yekunlaşmışdır. Siyahıyaalmanın nəticələri kənd təsərrüfatı sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi və dövlət proqramlarının düzgün istiqamətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 

 

Keçidlər