Qəbələ rayonunda küçələrin abadlaşdırılması işləri davam edir
13 avqust 2026 | 15:52
Abadlıq və quruculuq işləri çərçivəsində Qəbələ şəhər, eləcə də qəsəbə və kəndlərdə küçə və yolların müasir tələblərə uyğunlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Hazırda rayonun müxtəlif ərazilərində yol örtüyünün asfaltlaşdırılması və piyada səkilərinin yenilənməsi işləri aparılır.













