Qəbələ rayonunda kümçülər tərəfindən ipəkqurdunun bəslənilməsi davam edir
25 may 2026 | 18:03
Bu ilki mövsümdə Qəbələ rayonunda yaş barama istehsalının 5 tona çatdırılması nəzərdə tutulub. İpəkqurdunun saxlanılması və barama yetişdirilməsi ilə əlaqədar 52 kümçü ailəsinə müqavilə əsasında 126 qutu, yəni 2,52 kiloqram ipəkqurdu paylanıb. Hal-hazırda rayonda ipəkqurduna qulluq təlimata uyğun aparılır. Cari mövsümdə Qəbələdə baramaçılıq sahəsində 90 nəfərdən çox kənd sakinlərinin məşğulluğu təmin olunub.













