Qəbələ rayonunda kümçülər tərəfindən yaş barama tədarükünə başlanılmışdır
17 iyun 2026 | 10:12
Qəbələ rayonunda bu ilki mövsüm ərzində yaş barama yetişdirilməsi üçün 52 kümçü ilə müqavilə bağlanaraq, onlara 126 qutu və ya 2.52 kiloqram ipəkqurdu paylanılıb. Artıq bir neçə gündür ki, istehsalçılar tərəfindən hazır məhsulun təhvil verilməsinə başlanılıb. Qəbələli kümçülər ilk günlər qəbul məntəqəsinə 616 kiloqram yaş barama təhvil veriblər. Hal-hazırda barama tədarükü davam edir.













