Qəbələ rayonunda kümçülərə 126 qutu ipəkqurdu paylanılıb
12 may 2026 | 16:30
08 may 2026-cı il tarixdə Qəbələdə barama yetişdirilməsi üçün kümçülərə Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunmuş 126 qutu, yəni 2 kiloqram 520 qram ipəkqurdu paylanılıb. Builki mövsümdə Qəbələ rayonunda yaş barama istehsalının 5 tona çatdırılması məqsədilə 52 nəfər kümçü ilə müqavilə bağlanmışdır.













