Qəbələ rayonunda növbəti dəfə əmək yarmarkası keçirilib
15 may 2024 | 17:54
15 may 2024-cü il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialının Qəbələ Xidmət şöbəsinin dəstəyi ilə əmək yarmarkası keçirilmişdir. Qəbələ rayonundan olan sakinlərin iştirak etdiyi yarmarkada 12 müəssisə tərəfindən 200 vakansiya əmək yarmarkasına çıxarılmışdır.