Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda növbəti qanunsuz torpaq zəbtinin qarşısı alınmışdır

27 aprel 2024 | 13:50

Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin Şimal – Qərb Regional Mərkəzinin və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən rayon ərazisində mütəmadi olaraq özbaşına tikililərin  və torpaq zəbtlərinin qarşısının alınması məqsədilə monitorinqlər aparılır.  25 aprel  2024-cü il tarixdə keçirilən növbəti monitorinq zamanı Qəbələ şəhəri ərazisində vətəndaş tərəfindən zəbt edilərək çəpərlənmiş 0.10 hektar Qəbələ bələdiyyəsinə məxsus sahədə söküntü işləri aparılaraq ərazi boşaldılmışdır. Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, mülkiyyətində olmayan torpaq sahələrində özbaşına tikinti işlərinin aparılması, torpaq sahələrinin zəbt olunaraq hasarlanması və müxtəlif məqsədlər üçün istifadəsi yolverilməzdir.

Keçidlər