Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ rayonunda növbəti səyyar qəbul Zalam kəndində keçirilmişdir

14 iyul 2026 | 15:33

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Zalam kəndində keçirilən səyyar qəbul zamanı kənd sakinlərini qəbul edərək onların müraciətlərini dinləmişdir. Rayon icra hakimiyyətinin məsul işçilərinin, idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərlərinin və kənd sakinlərinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır. Qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilmiş, qaldırılan bir çox məsələlər yerindəcə həll edilmiş, digərlərinin isə həlli nəzarətə götürülmüşdür. Görüşdə çıxış edən kənd sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər