Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ rayonunda “Prezident kuboku” uğrunda marafon qaçışı keçirilib.

22 dekabr 2025 | 16:20

21 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Atletika Federasiyasının, Zəfər Qaçış Klubunun təşkilatçılığı və Referans Medical Groupun tibbi dəstəyi ilə Qəbələ şəhərində “Prezident kuboku” uğrunda marafon qaçışı keçirilib. "Konstitusiya və Suverenlik İli” çərçivəsində “Prezident kuboku” uğrunda keçirilən marafon yarışının rəsmi açılış mərasimində çıxış edənlər Azərbaycan idmanına göstərilən böyük diqqət və qayğının, idmanın geniş vüsətlə inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, dahi liderin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə digər sahələrə olduğu kimi, idmanın da inkişafına diqqətlə yanaşdığını, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə paytaxt Bakı ilə yanaşı, demək olar ki, bütün regionlarımızda mükəmməl idman infrastrukturunun qurulmasını qeyd edərək, 2025-ci il üçün respublikamızın “İdman paytaxtı” seçilmiş Qəbələdə çoxlu sayda silsilə tədbirlərin və idman yarışlarının keçirildiyini vurğulamış və marafon qaçışı iştirakçılarına uğurlar arzulamışlar. "Qürurla irəli" şüarı altında 12 km məsafəyə təşkil olunan “Prezident kuboku” uğrunda keçirilən yarışın sonunda qaliblər mükafatlandırılmışdır.

Keçidlər