Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ rayonunda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimatı keçirilib

22 iyul 2025 | 18:57

22 iyul 2025-ci il tarixdə Qərbi Azərbaycan İcması və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib. Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsinə böyük hörmət və ehtiramlarını bildirmişlər. “Qəbələ Garden” hotelin konfrans zalında davam edən tədbirdə Azərbaycanın Dövlət Himni səslənmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.  Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irsi, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparıldığını qeyd etmişdir. Çıxış edən Respublika Ağsaqqallar Şurasının üzvü, professor Həsən Bayramov müasir elmi yanaşmalar və yeni fundamental araşdırmalar əsasında çap olunmuş “Qərbi Azərbaycan irsi” kitabının I cildinin nəşr olunmasının əhəmiyyətindən söhbət açaraq, kitabda qeyd olunan təkzibedilməz faktların tarixi əhəmiyyətli elmi tədqiqat materialı və hüquqi baxımdan ciddi bir sənəd olmasını vurğulamış, tarixi Azərbaycan torpaqlarının maddi və qeyri-maddi mədəni irsi ilə bağlı araşdırmaların aparılmasının indiki və gələcək nəsillər üçün önəmindən, “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” çərçivəsində görülən işlərdən bəhs etmişdir. Digər çıxış edənlər Qərbi Azərbaycan  torpaqlarının mərhələli şəkildə boşaldılması, orada yaşayan soydaşlarımıza qarşı ermənilər tərəfindən yalnız etnik təmizləmə siyasəti həyata keçirilmədiyini, eyni zamanda soydaşlarımıza məxsus maddi-mədəni irs nümunələrinin, qəbiristanlıqların, məscidlərin, pirlərin, türbələrin yer üzündən tamamilə silinməsinə yönəlmiş vandalizm aktları törədildiyindən söz açmış,  öz doğma yurd-yuvasından didərgin düşərək rayonumuzda məskunlaşmış soydaşlarımız öz xatirələrini danışmışlar. Sonda Qərbi Azərbaycan tarixinə, mədəniyyətinə, Qərbi azərbaycanlıların məruz qaldığı tarixi ədalətsizliyə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

Keçidlər