Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ rayonunda sahibkarlıq subyektlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib

21 oktyabr 2025 | 15:54

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qəbələ rayonunda ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən 150-dən çox sahibkarlıq subyektinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib. Görüşdə sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması, müştəri məmnuniyyətinin təmin olunması istiqamətində tövsiyələr verilib və onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər