Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda səyyar qəbullar davam edir

06 iyul 2022 | 17:29

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Nohurqışlaq kəndində növbəti səyyar qəbul keçirmişdir. Rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərlərinin və kənd ictimaiyyət nümayəndələrinin iştirak etdiyi qəbulda RİH başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda bölgələrə göstərilən xüsusi diqqət və qayğıdan, eləcə də Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı söz açmışdır. Qəbulda çıxış edən kənd sakinləri mövcud problemlərdən danışmış, təkliflərini irəli sürmüş və rayonumuzda görülmüş işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Kənd sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilmiş, bir qisminin isə həlli istiqamətində əlaqədar təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər