Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Qəbələ rayonunda şum və səpin işlərinin optimal müddətdə başa çatdırılması istiqamətində tədbirlər görülür

28 oktyabr 2026 | 15:29

Qəbələ rayonunda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, torpaq sahələrindən səmərəli istifadə olunması və yüksək məhsuldarlığın təmin edilməsi məqsədilə payızlıq əkinlər üçün şum və səpin işlərinin optimal aqrotexniki müddətdə həyata keçirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən kənd təsərrüfatı istehsalçıları ilə maarifləndirici söhbətlər aparılır, əkin sahələrində aqrotexniki qaydalara əməl olunmasının vacibliyi diqqətə çatdırılır. Fermerlərə torpağın səpinə düzgün hazırlanması, keyfiyyətli toxum materialından istifadə, səpin normasının və dərinliyinin düzgün müəyyənləşdirilməsi, eləcə də torpaq-iqlim şəraitinə uyğun aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi ilə bağlı tövsiyələr verilir. Şum və səpin işlərinin optimal müddətdə aparılması toxumların bərabər cücərməsi, bitkilərin normal inkişafı, qışlama dövrünə davamlılığının artırılması və gələcək məhsuldarlığın yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan fermerlərin mövcud hava şəraitini, torpağın nəmliyini və becərilən bitkilərin bioloji xüsusiyyətlərini nəzərə almaları xüsusi önəm kəsb edir. Eyni zamanda, kənd təsərrüfatı texnikasından səmərəli istifadə olunması, əkin sahələrində işlərin ardıcıllıqla təşkili və aqrotexniki müddətlərə riayət edilməsi istiqamətində fermerlərə lazımi məsləhət və tövsiyələr verilir. Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən kənd təsərrüfatı istehsalçılarının maarifləndirilməsi, müasir aqrotexniki yanaşmaların tətbiqinin təşviqi və əkinçilikdə səmərəliliyin artırılması istiqamətində işlər davam etdirilir. Görülən tədbirlərin əsas məqsədi rayon üzrə əkin işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə dəstək olmaq, torpaq ehtiyatlarından səmərəli istifadəni təşviq etmək və kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına töhfə verməkdir.

Keçidlər