Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ rayonunda taxıl biçini kampaniyası mütəşəkkil qaydada davam etdirilir

07 iyul 2026 | 11:20

Cari mövsümdə Qəbələ rayonunda ümumilikdə 19200 hektar sahədə taxıl əkilib. Bunun 11970 hektarını buğda, 7230 hektarını isə arpa əkinləri təşkil edir. İyul ayının hazırkı vəziyyətinə görə, rayon üzrə 5950 hektar sahədə biçin başa çatdırılıb ki, bu da ümumi əkin sahələrinin 31 faizini təşkil edir. Biçilmiş sahələrdən 18627 ton məhsul əldə olunub, orta məhsuldarlıq isə 31,3 sentner/hektar təşkil edir. Buğda üzrə 910 hektar sahədə 3003 ton məhsul, arpa üzrə isə 5040 hektar sahədə 15624 ton məhsul götürülüb. Mövsümün sonunadək qalan sahələrdə də biçin işlərinin qısa müddətdə başa çatdırılması və yüksək məhsuldarlıq göstəricilərinin əldə olunması gözlənilir.

Keçidlər