Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Qəbələ rayonunda “Təmiz Gələcək Uğrunda: Zərərli Vərdişlərə Yox!” mövzusunda maarifləndirici görüş keçirilib

25 noyabr 2026 | 14:34

Qəbələ şəhəri Vahid Qəhrəmanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qəbələ Rayon Komitəsinin və Qəbələ rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər şagirdlərə narkomaniyanın insan sağlamlığına, ailəyə və cəmiyyətə vurduğu zərərlər, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, sağlam həyat tərzinin əhəmiyyəti barədə ətraflı məlumat vermiş, yeniyetmələrin zərərli vərdişlərdən uzaq durmasının, hüquq pozuntularına yol verməməsinin və asudə vaxtlarını səmərəli təşkil etməsinin vacibliyini vurğulamışlar. Tədbir çərçivəsində narkomaniyanın fəsadlarını və narkotik vasitələrin insan həyatına vurduğu zərərləri əks etdirən maarifləndirici film nümayiş etdirilmiş, sonda şagirdləri maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

Keçidlər