Qəbələ rayonunda Ümummilli Lider Heydər Əliyevin Anım günü ilə əlaqədar ehsan məclisi təşkil edilmişdir
12 dekabr 2025-ci il tarixdə Qəbələ Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin Anım günü ilə əlaqədar ehsan məclisi təşkil edilmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin, YAP Qəbələ Rayon Təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, rayon ictimaiyyətinin nümayəndələrinin, şəhid ailələri və ağsaqqalların iştirak etdiyi tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin irsinin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışdığını qeyd etmiş, Ümummilli Liderin təməlini qoyduğu daxili və xarici siyasət kursunun, dövlət quruculuğu konsepsiyasının bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və yeni çalarlarla zənginləşdirildiyini diqqətə çatdırmışlar. Tədbirdə Ulu Öndərin ruhuna dualar oxunmuş və tədbir ehsan məclisi ilə davam etmişdir.













