Qəbələ rayonunda vətən müharibəsi qaziləri ilə görüş keçirilmişdir
29 iyul 2022 | 15:57
29 iyul 2022-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev bir qrup Vətən müharibəsi qaziləri ilə görüş keçirmişdir. Görüşdə 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanmasından, zəfərlə sona çatan Vətən müharibəsində ölkəmizin igid oğullarının qəhrəmanlıqlarından söhbət açılmışdır. Görüş zamanı qazilər dinlənilmiş, onları narahat edən problemlər öyrənilmiş və həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür. Müharibə qaziləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.