Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda Vətən müharibəsi qəhrəmanı Abdurahmanov Əfqan Ağasəf oğlunun abidə kompleksinin açılışı olmuşdur

25 may 2022 | 12:15

25 may 2022-ci il tarixdə Vətən müharibəsi qəhrəmanı Abdurahmanov Əfqan Ağasəf oğlunun  adını daşıyan şəhər 3 saylı tam orta məktəbin həyətində şəhidin əziz xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olmuşdur. Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə rəhbərlərinin, şəhidin ailə üzvlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 44 gün ərzində qazandığı qələbədən, Qəbələnin igid oğlu, şəhid Əfqan Abdurahmanovun qəhrəmanlıqlarından bəhs etmiş, məktəblilərin ifasında şeir kompozisiyası səsləndirilmişdir. Şəhidin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər