Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda yanğın hadisələrinin qarşısının alınması istiqamətində maarifləndirici tədbir keçirilib

13 aprel 2023 | 16:45

12 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşkilatçılığı və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon ərazisində yanğın hadisələrinin qarşısının alınması istiqamətində maarifləndirici tədbir keçirilib. Tədbirdə FHN-nin DYNX-nin, Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, həmin idarənin Qəbələ rayon şöbəsinin, Qəbələ RİH-nin nümayəndələri, bələdiyyə sədrləri, xidmət sahələrinin rəhbərləri, sahibkarlar və fermerlər iştirak ediblər. Tədbirdə çıxış edən FHN-nin DYNX-nin Yanğına qarşı təbliğat şöbəsinin mütəxəssisi Nizami Fərəcov və FHN-nin DYNX-nin Şimal-Qərb Regional DYNİ-nin rəisi daxili xidmət polkovniki Natiq Mirzəyev hər bir yanğının fövqəladə hadisə olduğunu, çox vaxt böyük yanğınların kiçik yanğınlardan törəndiyini və kiçik yanğın hadisələrinə əhəmiyyətsiz yanaşılmasının düzgün olmadığını vurğulayıblar. Həmçinin məişət tullantılarının, yaşayış məntəqələrində qurumuş kol-kosun yandırılmasının yaxınlıqda yerləşən digər obyektlərdə yanğın təhlükəsi yaratmaqla yanaşı, mühəndis kommunikasiya sistemlərinin sıradan çıxmasına səbəb olduğunu, bu kimi halların qarşısının alınması məqsədilə yerli özünüidarəetmə orqanları tərəfindən əhali arasında bu istiqamətdə mütəmadi qaydada maarifləndirmə və təbliğat işləri aparılmalı olduğunu bildiriblər.

Keçidlər