Qəbələ rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərcivəsində növbəti dəfə ümumrayon iməciliyi keçirilib
30 noyabr 2024 | 12:26
30 noyabr 2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Qəbələ rayonunda növbəti ümumrayon iməciliyi keçirilmişdir. İməcilik zamanı ağaclar budanmış, magistral yollar, park və xiyabanlar təmizlənmiş, məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər və onların ətrafı təmizlənərək daşınmışdır. Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, idarə, müəssisələrin kollektivləri, sahibkarlar və rayon könüllüləri iştirak etmişlər.