Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonundan olan yaralanmış hərbi qulluqçuların ailə üzvləri evlərində ziyarət edilmişdir

27 sentyabr 2022 | 17:29

Azərbaycan-Ermənistan dövlət sərhədində 12-14 sentyabr 2022-ci il tarixlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata cavab olaraq ordumuz tərəfindən həyata keçirilən əməliyyatlar zamanı yaralanmış hərbi qulluqçuların ailə üzvləri Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən evlərində ziyarət edilmişdir. Ziyarətçilər tərəfindən onları narahat edən məsələlər öyrənilmiş, mənəvi-psixoloji söhbətlər aparılmış və problemləri ilə maraqlanılmışdır. Hərbi qulluqçuların ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər