Qəbələ rayonunun Abrıx kəndində növbəti səyyar qəbul keçirilib
Qəbələ Rayon İcra Hakimyyətinin başçısı Səbuhi Abdullayevin növbəti səyyar qəbulu Abrıx kəndində keçirilmişdir. Rayon icra hakimiyyətinin məsul işçilərinin, idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərlərinin, kənd ictimaiyyəti nümayəndələrinin və ağsaqqalların iştirak etdiyi tədbirdə icra başçısı Səbuhi Abdullayev Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkənin bütün regionlarının, eləcə də Qəbələ rayonunun sürətli iqtisadi və mədəni inkişafından söz açmış, aparılan tikinti-quruculuq işlərindən, əhalinin maddi rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlərdən danışmışdır. Sonra kənd sakinləri dinlənilmişdir. Qəbul zamanı kənd sakinləri tərəfindən qaldırılan məsələlərin bir çoxu yerində həll edilmiş, digərlərinin həlli nəzarətə götürülmüşdür. Görüşdə çıxış edən kənd sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirmişlər.













