Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunun Böyük Pirəli kəndində səyyar qəbul keçirilmişdir

10 avqust 2022 | 17:46

Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev 10 avqust 2022-ci il tarixdə rayonun Böyük Pirəli kəndində səyyar qəbul keçirmiş, kənd sakinlərini qəbul edərək onların müraciətlərini dinləmişdir. Hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı əsası Ulu öndər Heydər Əliyev tərəfindən qurulmuş, bu gün isə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən sosial-iqtisadi sahədə ölkəmizdə qazanılan uğurlardan, həmin işlərin fonunda bölgəyə göstərilən xüsusi diqqət və qayğıdan, eləcə də Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır. Sonra kənd sakinləri dinlənilmişdir. Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu yerində həll edilmiş, digərlərinin həlli nəzarətə götürülmüşdür. Böyük Pirəli kənd sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər