Qəbələ rayonunun Hacıalılı kəndində növbəti səyyar qəbul keçirilib
Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayevin növbəti səyyar qəbulu rayonun Hacıalılı kəndində keçirilib. Rayon icra hakimiyyətinin məsul işçilərinin, idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərlərinin və kənd sakinlərinin iştirak etdiyi tədbirdə çıxış edən icra başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışmış və bu işlərin ardıcıllıqla davam etdirildiyini vurğulamışdır. Kənd sakinləri çıxış edərək son illər rayonumuzda geniş vüsət alan abadlıq-quruculuq işlərindən Hacıalılı kəndinin də kənarda qalmadığını qeyd etmiş, sosial problemlərin həllinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. RİH başçısı tərəfindən qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilmiş, qaldırılan bir çox məsələlər yerindəcə həll edilmiş, digərlərinin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.













