Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ rayonunun Hacıalılı kəndində səyyar qəbul keçirilmişdir

08 aprel 2026 | 17:38

Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısının Səbuhi Abdullayevin növbəti səyyar qəbulu rayonun Hacıalılı kəndində keçirilmişdir. Rayon icra hakimiyyətinin məsul işçilərinin, idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərlərinin və kənd sakinlərinin iştirak etdiyi tədbirdə çıxış edən icra başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən  Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışmış və bu işlərin ardıcıllıqla davam etdirildiyini vurğulamışdır. Qəbul zamanı kənd sakinləri fərdi qaydada dinlənilmiş, qaldırılan bir çox məsələlər yerindəcə həll edilmiş, digərlərinin isə həlli nəzarətə götürülmüşdür. Kənd sakinləri görülmüş işlərə və sosial problemlərin həllinə göstərilən qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

Keçidlər