Qəbələ rayonunun Hacıalılı və Zalam kənd həkim məntəqələri əsaslı təmirdən sonra istifadəyə verilib
07 fevral 2025 | 15:38
Uzun müddət istifadəyə yararsız olan, əsaslı təmirdən sonra istifadəyə verilən Qəbələ rayonunun Hacıalılı və Zalam kənd həkim məntəqələrində Qəbələ Rayon Mərkəzi Xəstəxanasının və kənd həkim məntəqələrinin tibb heyəti tərəfindən kəndlərin sakinləri müayinə edilib. Pediatr, terapevt, nevroloq, eləcə də EKQ və ultrasəs müayinələrindən keçirilən sakinlər regionlarda əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, vətəndaşların tibbi xidmətə əlçatanlığının təmin olunması, eləcə də tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülmüş işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.