Qəbələ rayonunun Həmzəli kəndində "Yaşıl dünya üçün yaşıl gələcək" layihəsi çərçivəsində təlim keçirilib
28 oktyabr 2024 | 10:31
Qəbələ rayonunun Həmzəli kəndində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə GİKM-in Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsinin və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya üçün yaşıl gələcək" layihəsi çərçivəsində gənclərə təlim keçirilib. Meşəlik ərazidə həyata keçirilən təlimdən sonra mövzuya uyğun qrup işləri, oyunlar icra edilib və təmizlik aksiyası keçirilib. Sonda layihədə iştirak edən gənclərə sertifikatlar təqdim edilib.