Qəbələ rayonunun kənd və qəsəbələrində səyyar qəbullar davam edir
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Yeni Dizaxlı kəndində növbəti səyyar qəbul keçirmişdir. Rayonun hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə və müxtəlif təşkilatların rəhbərlərinin, kənd sakinlərinin iştirak etdiyi qəbulda RİH başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda bölgəyə göstərilən xüsusi diqqət və qayğıdan, eləcə də Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı söz açmışdır. Qəbulda çıxış edən kənd sakinləri mövcud problemlərdən danışmış, təkliflərini irəli sürmüş, görülmüş işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. İcra başçısı tərəfindən kənd sakinləri tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.