Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunun kəndlərində meşələrdə yanğınların qarşısının alınması yolları barədə maarifləndirici tədbirlər keçirilmişdir

26 avqust 2023 | 11:07

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzi Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən “Ölkə ərazisində meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üzrə 2023-2025-ci illər üçün birgə fəaliyyət planı” çərçivəsində Qəbələ rayonunun Solquca və Dandıx kəndlərinin sakinləri ilə maarifləndirilmə tədbirləri keçirmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının və kənd inzibati ərazi dairəsi nümayəndələrinində iştirak etdiyi tədbirlər zamanı meşələrdə yanğınların başvermə səbəbləri, onların qarşısının alınması yolları və yanğın zamanı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilmişdir. Sonda mövzu ilə bağlı geniş müzakirələr aparılmış, zəruri tövsiyələr verilmiş, suallar cavablandırılmışdır.

Keçidlər