Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ rayonunun Nohurqışlaq kəndində səyyar qəbul keçirilib

07 yanvar 2026 | 17:21

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Nohurqışlaq kənd sakinləri ilə səyyar qəbulu keçirilmişdir. Hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə RİH başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda bölgələrə göstərilən xüsusi diqqət və qayğıdan, eləcə də Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır.Qəbul zamanı kənd sakinləri fərdi qaydada dinlənilmiş, qaldırılan bir çox məsələlər yerindəcə həll edilmiş, digərlərinin isə həlli nəzarətə götürülmüşdür. Kənd sakinləri görülmüş işlərə və sosial problemlərin həllinə göstərilən qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər