Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ rayonunun təhsil müəssisələrində Novruz bayramı qeyd edilib

18 mart 2025 | 16:58

Qəbələ rayonunun təhsil müəssisələrində Novruz bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi atributları Su, Od, Yel və Torpaq çərşənbələrinin mahiyyəti, təbiətin yenidən canlanmasını müjdələyən Novruzun sülh və əmin-amanlığın, insanlar arasında birlik və mehribanlığın carçısı olduğu haqqında şagirdlərə geniş məlumat verilmişdir. Milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi diqqətə çatdırılmışdır. Həmçinin  şagirdlərin ifasında Novruz bayramının adət-ənənələrini özündə əks etdirən maraqlı səhnəciklər, milli rəqslərimiz təqdim edilmiş, mahnılar səsləndirilmiş, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızın gəlişi tədbirlərə rəngarənglik qatmış, bayram tonqallları yandırılmış, məktəblilər tonqal ətrafında yallı getmişlər.

Keçidlər